Son 60 ilin ən güclü qasırğası: 18 nəfər öldü

© © Kyodo /via REUTERSТайфун "Трами" в Японии, 30 сентября 2018 года
Тайфун Трами в Японии, 30 сентября 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya Meteorologiya Agentliyi "Hagibis"in son 60 ildə müşahidə edilən ən güclü qasırğa ola biləcəyi barədə xəbərdarlıq etmişdi

BAKI, 13 oktyabr – Sputnik. Yaponiyadan keçən "Hagibis" qasırğasının qurbanlarının sayı 18 nəfərə çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ölkənin ictimai televiziyası bildirib.

Daha 13 nəfərin itkin düşdüyü və təxminən 150 nəfərin müxtəlif dərəcədə yaralandığı bildirilir.

Yaponiyada axtarış-xilasetmə əməliyyatları və tayfunun fəsadlarını aradan qaldırmaq üçün işlər davam edir.

Qeyd edək ki, Yaponiya Meteorologiya Agentliyi "Hagibis"in son 60 ildə müşahidə edilən ən güclü qasırğa ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Xəbər lenti
0