Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 10 faiz artıb”

Abunə olmaq
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyir ki, Destinasiya Menecmenti Təşkilatının əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatıdır
Florian Zenqstşmid: “Təşkilatın vəzifəsi turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır”

“Ötən il Azərbaycana 2,8 milyon turist səfər edib. Bu ilin 9 ayında isə turistlərin sayı keçən ilə nisbətən 10 faiz artıb”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Şəki Destinasiya Menecmenti Təşkilatının təqdimat mərasimində iştirak edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid jurnalistlərə müsahibəsində deyib.

“Hazırda Şəki və Qubada Destinasiya Menecmenti Təşkilatının ofisinin olduğunu bildirən Turizm Bürosunun rəsmisi qeyd edib ki, Şəki ofisinin açılmasının əsas səbəblərindən biri də Balakəndən Şəkiyə qədər olan ərazinin Azərbaycanın turizm cəhətdən seçilən zonalarından olmasıdır. Eyni zamanda, bu zona Azərbaycanla Gürcüstanı birləşdirən turizm dəhlizinin üzərində yerləşir. Destinasiya Menecmenti Təşkilatının əsas vəzifəsi Azərbaycanın bir turizm destinasiyası kimi təbliğatı və təşviqindən ibarət olsa da, digər bir vəzifəsi də özəl, ictimai və icma sektoru ilə birlikdə turizm nümayəndələri arasında əlaqənin yaradılmasıdır. Ümid edirik ki, bu ofis müvafiq regionun ortaya çıxmayan, bənzəri olmayan turizm potensialını qaldıracaq və onun bir turizm məhsuluna çevrilməsində əhəmiyyətli rol oynayacaq” - deyə o bildirib.

Florian Zenqstşmidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0