CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir kəndimiz susuzluqdan qurtuldu

© pixabay / inkfloВодопровод, фото из архива
Водопровод, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Oğuz rayonunun qədim Xaçmaz kəndinin illərdən bəri uzanan su problemi bu gün nəhayət ki, öz həllini tapıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr - Sputnik. İllərdir susuzluqla mübarizə aparan yaşayış məntəqələrimiz var ki, ilin bütün fəsillərində hər fəslə uyğun çətinliklə su problemlərini həll etməyə çalışırlar. Belə rayonlardan biri də Oğuz rayonudur ki, içməli su problemi bu rayonun cox kəndlərində yay və payız ayları qabarıq şəkildə özünü büruzə verməkdədir. 

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, belə kəndlərdən biridə Oğuzun Xaçmaz kəndidir. İllərdir bu kəndin insanları içməli problemini həll etmək üçün məcburən kilometrlərlə yol qət ediblər. Bu günlərdə nəhayət bu problem həllini tapıb. Kəndin su probleminin həlli istiqamətində addımlar atılıb və kəndin içində əhalini təmin edə biləcək su anbarları tikilib, suya olan təlabatın ödənilməsi üçün xətlər çəkilib.

Bu gün yeni su infrastrukturunun açılış mərasimi olub. Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanov,  "Azərsu” ASC-nin 6 nömrəli regional Sukanal idarəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak edib.

© Sputnik / Ilham AhmadovOğuzun Xaçmaz kəndində su infrastrukturunun açılış mərasimi
Daha bir kəndimiz susuzluqdan qurtuldu - Sputnik Azərbaycan
Oğuzun Xaçmaz kəndində su infrastrukturunun açılış mərasimi

Kənd sakini İldırım Qocayev bu problemin həllinin vacibliyindən danışıb və əməyi keçən insanlara minnətdarlığını bildirib.

Yeni çəkilmiş su xəttinin uzunluğu 3 km-dir. Ümumilikdə xəttin çəkilməsi üçün 219 su borusundan istifadə edilib. Çəkilmiş su xəttindən 10.000-dən artıq insanın bəhrənələcəyi və təsərrüfatların su ilə təmin olunacağı qeyd edilib. Su xətti mənbəyini dağların ətəyindəki qaynama sularından göürüb və qurğular vasitəsi ilə təmizlənərək anbarbala vurularaq kənd su ilə təmin olunur.

Xəbər lenti
0