BAKI, 12 oktyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı YPG qruplaşmasının nəzarətində olan Suriyanın Resulayn şəhərinin mərkəzinə daxil olub. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" antiterror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.