CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının dərdi var, Bakı xəstədir...Paytaxtı necə xilas etməli?

© Sputnik / Irade JELILTikinti aparılacaq ərazi
Tikinti aparılacaq ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, tikinti sənayesinin inkişafı ölkə iqtisadiyyatı üçün faydalı olsa da, müəyyən həllolunmaz problemlərə də gətirib çıxarır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Texnogen, antropogen fəaliyyət, həmçinin fiziki təsirlər nəticəsində atmosferə küllü miqdarda çirkləndirici xüsusiyyətə malik tullantılar atılır. Nəticədə insan sağlamlığına və bioloji varlıqların yaşam tərzinə təsir edən təhlükələr yaranır.

Tikintilərin gündən-günə artması, əhali axını, avtomobillərin sıxlığı paytaxtda atmosfer havasnın çirklənməsinə səbəb olur.

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyi barədə fərman verdi

Mütəxəssislərin fikrincə, belə davam edərsə, Bakının aqibəti heç yaxşı olmayacaq. Vəziyyətdən çıxış isə, şəhərin genişləndirilməsidir.

Sputnik Azərbaycan Bakının vəziyyətini araşdırıb.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, tikinti sənayesinin inkişafı ölkə iqtisadiyyatı üçün faydalı olsa da, müəyyən həllolunmaz problemlərə də gətirib çıxarır.

"Bakı şəhərində güclü sıxlıq müşahidə edilir. Avtomobil sıxlığı, yaşayış binalarının bir-birinə sıxlığı var. Qaydalara görə, bir bina ilə digər binanın arasında məsafə həmin binanın hündürülüyü və yarısı qədər olmalıdır. Əksər yerlərdə bu normativlərə əməl olunmur. Normativlərə görə, 1 hektarlıq ərazidə 400-420 nəfər yaşaya bilər. Və bu bir hektar ərazidə avtomobil dayanacağı, yaşıllıq və s. yerləşdirilmılidir. Ancaq bugün görürük ki, 1 hektarda 2-3, bəzən 4 bina tikilir. Hər binada 400-500 yaşayış mənzili olur. Bu da insan sıxlığına, binalarln bir-birinə yaxın olmasına, yaşıllıqların və avtoparkların olmamasına gətirib çıxarır. Sovet dövründə binların yaxınlığında avtomobillər üçün dayanacaqlar olurdu. Bu gün həmin dayanacaqlar çoxmərtəbəli binalarla əvəz olunub. Bu gün həmin avtoparklar sökülüb yerində böyük binalar tikilib".

© ©KarikaturaƏrazidə avtomobil dayanacağı yerləşdirilməlidir
Bakının dərdi var, Bakı xəstədir...Paytaxtı necə xilas etməli? - Sputnik Azərbaycan
Ərazidə avtomobil dayanacağı yerləşdirilməlidir

Ekspert deyib ki, bəzən yeni binanı köhnə tikiliyə o qədər yaxın tikirlər ki, sonra köhnə binanı söküb yenisi ilə əvəz etmək çətin olur. Çünki ara məsafələr qorunmur.

Цветущее дерево в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daha bir "kreativ" ekologiya düşməni ifşa edildi

"Ara məsafələr qorunmadığı, böyük avtoparklar olmadığı üçün yol kənarı olan ticarət mərkəzləri, xəstəxanalara gəlın şəxslər avtomobillərini yol kənarında saxlamağa məxbur olurlar. Bu da böyük sıxlığa səbəb olur. Təxmini satatistikaya görə Bakı şəhərində 600 mindən çox avtomobil var. Belə bir sual çıxır ortaya - bu qədər avtomobil üçün avtodayanacaq nəzərdə tutulubmu? Təbii ki xeyr. Eyni zamanda Bakıya müxtəlif bölgələrdən insanlar gəlir. Sıxlıq yaranır. Bunun üçün çəhəri genişləndirmək lazımdır. Və tikintilırin qarşısı alınmalıdır" - deyə vurğulayan ekspert qeyd edib ki, vəziyyət belə davam edərsə, insanlarimiz üçün çox ciddi problemlər yaranacaq.

Ekoloq Cəmşid Quliyevin sözlərinə görə, regionlardan şəhərə axın heç də torpaq sürüşmələrini sürətləndirən yeganə amil deyil. Düzdür, bu tipli proseslərə insan sıxlığının təsiri var: "Əhali sıxlığının başqa ekoloji problemlərə də təsiri var. Bura atmosfer çirkliliyi, ətraf mühitin çirklənməsi və. Misal göstərmək olar".

Ekoloqun sözlərinə əsasən, torpaq sürüşmələrinin daha önəmli səbəbləri var. Əslində tikintilərin yerləri öncədən torpaqşünaslar tərəfindən müəyyən edilməli və konkret qurumların bu barədə rəyi olmalıdır.

Tikinti, arxiv şəkli - Sputnik Azərbaycan
On iki quruma yalvarınca... tikinti icazəsi üçün daha sürünmək lazım gəlməyəcək

"Hər bir maddi substansiya kimi torpaqlarında gücünün müəyyən həddi var. Hətta kənd təyinatlı torpaqlar üçün hər hektara düşən mal-qara sayı konkret həddə qədər olmalıdır. Bu həddi aşdıqda torpaqlar həddən artıq yüklənmiş hesab edilir. Bu da torpaq eroziyalarına gətirib çıxarır" - deyə o bildirib.

C. Quliyev əlavə edib ki, torpaqların əhali sıxlığı ilə yüklənməsi bur cür problemlərin yaranmasına gətirib çıxarır.

"Lakin bu güclü bir amil deyil. Burada əsas səbəb tikintilərdir. Torpaqların nəmlik əmsalı, torpağı nəmləndirən mənbələr, yaxınlıqdakı su hövzələri, axıntılar torpaqşünaslar tərəfindən müəyyənləşdirilməlidir. Bundan sonra orada tikintilərə icazə verilməlidir. Bu bir qayda olaraq qəbul edilməli və torpaq mütəxəssisləri məsləhətləşmə aparılmalıdır. Və yaxud da tikinti şirkətləri məsuliyyəti öz boynuna götürməlidir" - deyə o vurğulayıb.

Xəbər lenti
0