CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdakı bu avtobusların yolu dəyişir

Abunə olmaq
Bakıdakı 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 13-ü axşamdan etibarən Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

Xəbər lenti
0