"Greencard" saxtakarlığı ilə bağlı vətəndaşlara müraciət olundu

© AP Photo / Dake KangМужчина за компьютером, фото из архива
Мужчина за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu cür saxta elektron poçt və məktubların müəllifləri "Greencard" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər

BAKI, 12 oktyabr — Sputnik. "Greencard" lotereyasına müraciət etmək üçün qeydiyyat başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ilin "Greencard" viza proqramındakı saxtakarlıqla bağlı öz sosial şəbəkədəki hesabından vətəndaşlara müraciət edib. ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında bildirilir ki, "Greencard" viza proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması müşahidə olunur: "Bu cür saxta elektron poçt və məktubların müəllifləri "Greencard" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. Bundan əlavə, yerli viza təşkilatları, "Greencard" proqramına daxil etmək məqsədilə vətəndaşlara şəxsi məlumatları vermək üçün müraciət edə bilər. ABŞ səfirliyi heç bir yerli "Greencard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir. Yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni göndərə bilərsiniz: http://www.dvlottery.state.gov".

Qeyd edək ki, "Greencard" ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. "Greencard"ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. "Greencard" sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur. 2021-ci il üçün "Greencard" lotereyasına müraciət oktyabrın əvvəllərində başlanıb və 5 noyabr 2019-cu ilə qədər davam edəcək.

Xəbər lenti
0