BAKI, 12 oktyabr — Sputnik. Oktyabr ayının sonunda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi xidməti müşavirədə bildirib.
Müdafiə naziri müşavirədə oktyabr ayının axırlarında Bakıda keçiriləcək MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edilməsi məqsədilə hazırlıq və təşkilati işlərin həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.