BAKI, 11 oktyabr — Sputnik. Nobel Sülh Mükafatının qalibi açıqlanıb.
Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, mükafat Efiopiyanın Baş naziri Abiy Əhməd Əliyə verilib. O, öz ölkəsi ilə Eritreya arasındakı münaqişənin həll olunması üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.
"Mükafat nazirə beynəlxalq əməkdaşlıq və sülh üçün göstərdiyi səylərə görə təqdim edilir", - Norveç Nobel Komitəsinin sədri Berit Rayss-Andersen deyib.
O, həmçinin əlavə edib ki, bu, kiməsə vaxtından əvvəl atılmış addım kimi görünə bilər (bölgədə vəziyyət gərgin olaraq qalır), amma Osloda əmindirlər ki, Abiy Əhməd Əlinin işi "təqdirə və dəstəyə layiqdir".