SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin MDB ölkələrini vahid maliyyə bazarının formalaşdırılması barədə düşünməyə çağırıb

© Alexander Nemenov/Pool via REUTERSRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti: "MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdır"

BAKI, 11 oktyabr — Sputnik. MDB ölkələri ticarət müharibələri şəraitində özlərini valyuta risklərindən qorumalıdır, perspektivdə vahid maliyyə bazarının formalaşması barədə düşünməyə dəyər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən MDB dövlət başçıları Şurasının iclasında deyib.

Onun sözlərinə görə, burada vacib məqam milli valyutalarda hesablaşmalardır.

"Mən bu gün bütün dünyanın qarşılaşdığı problemi nəzərdə tuturam. Biz bunu görürük. Bunun nəticələri ticarət müharibələri, müxtəlif məhdudiyyətlərdir. Və biz əlbəttə ki, valyuta risklərinə qarşı özümüzə zəmanət verməliyik. Valyuta sahəsində əməkdaşlığı inkişaf etdirmək, valyuta siyasətini razılaşdırmaq lazımdır", - deyə Putin toplantıda bildirib.

"Əgər biz nə vaxtsa buna gedəsi olsaq, onda ümumi maliyyə bazarının formalaşması barədə də danışa bilərik. Əminəm ki, bu, mütləq bizim ümumi rəqabət qabiliyyətimizə fayda verəcək", - deyə Rusiya prezidenti əlavə edib.

Xəbər lenti
0