BAKI, 11 oktyabr — Sputnik. Aparılacaq təmir işləri ilə əlaqədar oktyabr ayının 13-dən 14-nə keçən gecədən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtomobil nəqliyyatı vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan-a bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddətdə sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.