CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı Kart" istifadəçiləri balansı onlayn artıra biləcəklər

© Sputnik / Anar MustafayevЛюди производят платеж через терминал оплаты на станции бакинского метрополитена
Люди производят платеж через терминал оплаты на станции бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
M.Ağayev bildirib ki, kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" ödəniş kartlarının balansını onlayn qaydada təmassız artıra biləcəklər.

 Автобус BakuBus, фото из архива - Sputnik Azərbaycan
Bütün avtobusların kart sisteminə keçəcəyi vaxt açıqlandı

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır.

M.Ağayev bildirib ki, kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacaq: "Şəhərin ictimai nəqliyyatının tam olaraq kart sisteminə keçidi özü ilə digər bir yeniliyi gətirəcək – sərnişinlər bütün avtobus marşrutlarının hərəkətini real vaxt rejimində izləyə biləcəklər. Bu gün "BakuBus"ın avtobuslarının hərəkətini internet səhifəsindən necə izləmək olursa, eləcə də digər marşrut avtobuslarının hərəkətini də görmək mümkün olacaq".

Xəbər lenti
0