BAKI, 11 oktyabr - Sputnik. Oktyabrın 11-də qeyd olunan Beynəlxalq Qızlar Günü BMT tərəfindən 2012-ci ildə elan edilib.
Bayramın məqsədi diqqəti dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir.
Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən, zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.