CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir kibrit çöpü və od tutan həyat: Yandırdıq, canımız qurtardımı?

© Sputnik / Ilham AhmadovМусорные баки в Лагиче
Мусорные баки в Лагиче - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər tullantıları yandırmaq zibil tullantılarından qurtulmağın ən asan yolu hesab edilirdi. Məsələn, Balaxanı zibilliyi tez-tez süni alovun ağuşuna verilirdi.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Əvvəllər tullantıları yandırmaq zibil tullantılarından qurtulmağın ən asan yolu hesab edilirdi. Məsələn, Balaxanı zibilliyi tez-tez süni alovun ağuşuna verilirdi.

Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri - Sputnik Azərbaycan
Ekoloq: “Hələ də çox sayda qanunsuz zibilxanalar fəaliyyət göstərir”

Elə o vaxt da zibilliyin yandırılmasının ətraf mühitə çox ciddi zərər verdiyi bildirilirdi. Amma zərər də var, zərər də. O zaman bu zərər indiki miqyası almamışdı. Sənayeləşmə inkişaf etdikcə, zibil tullantılarının da tərkibi dəyişib. Bu gün kimyəvi maddələrin və plastik vasitələrin istehsalı zibil tullantılarının da tərkibini təhlükəli hala gətirib. Yəni, zibil tullantılarını yandırmaq havanın təmizliyi və insan sağlamlığı üçün çox ciddi təhlükə mənbəyinə çevrilib.

ABŞ alimlərinin araşdırmaları zamanı məlum olub ki, zibil tullantılarının yandırılması zamanı havaya 200-dən artıq fərqli zəhərli qaz ifraz olunur. Bu qazların çoxu xərçəng, tənəffüs yolu xəstəlikləri və endokrin sistemin pozulması kimi fərqli xəstəliklərə yol açır.

Azərbaycanda da bu problem həll edilməz olaraq qalır. Əkin sahələrinin, məişət tullantılarının yandırılması halları ilə hələ də tez-tez qarşılaşırıq.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların təhlili göstərir ki, bu növ yanğınların statistikasında son zamanlar artım dinamikası mövcuddur.

"Belə hadisələrin arzuolunmaz mütəmadiliklə təkrarlanması, bəzi hallarda isə yanğının eyni ünvanda dövri olaraq təkrarən qeydə alınması, əlbəttə FHN DYNX-ni narahat etməyə bilməzdi. Qeyd etməliyəm ki, adıçəkilən hadisələrə FHN-nin müvafiq qüvvələri cəlb olunur, nəticədə texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur", – deyə o qeyd edib.

E.Babayev qeyd edib ki, respublikada dövlət yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq qurumun əməkdaşları tərəfindən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir: "Hazırda da respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinat üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan kol-kos və qamışlıq ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir".

Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Ağsuda da yanğın başladı, FHN səfərbər oldu

E.Babayev vurğulayıb ki, yanğın təhlükəsizliyi sahəsində maariflənmələri məqsədilə Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir: "Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, "Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi"nə görə inzibati məsuliyyət nəzərdə tutulub".

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, 1950-60-cı illərə qədər, sənayedə çıxarılan tullantılardan yandırılaraq xilas oluna biləcəyi düşünülürdü. Lakin bu tullantıların sağlamlığa vura biləcəyi zərərlər araşdırılarkən dioksin, furan kimi bəzi zəhərli tullantıların sağlamlıq üçün böyük təhlükə olduğu müəyyən edildi. Sonra aparılan araşdırmalar bu tullantıların qida və insan orqanizmində qalıcı olduğunu müəyyən etdi.

"Tullantılar yandırılan zaman ətraf mühitə ən təhlükəli kimyəvi zəhərlər olan dioksin, furan, xlor və s. bu kimi zəhərli maddələr yayılır. Bu qazlar hava axını vasitəsilə yüzlərlə kilometr ətrafa da yayıla bilər. Bu zəhərli qazlar hormonal pozuntulara, immunitet sistemi pozuntularına, döl pozuntusu, genetik pozuntulara, tənəffüs sistemi xəstəliklərinə səbəb olur. Bu qazlar ana südünə və dölə keçir. Və zəhərli maddələr hələ ana bətnində ikən uşağın orqanizmində toplanmağa başlayır", – deyə ekoloq bildirir.

Vaqif Əliyev vurğulayır ki, məişət tullantılarının çox olduğu və çox yandırıldığı ərazilərdə insanlarda ruhi və nevroloji xəstəliklər müşahidə edilir.

"Məişət tullantılarının küllərini məhv etmək mümkün olmur, torpağa, suya sızır. Dünyanın bir çox ölkələri tullantıların yandırılmasına qarşı çıxır. Səbəb isə sadədir: Onlar artıq başa düşüblər ki, yandırmaqla tullantı ilə bərabər, gələcəklərini və həyatlarını da məhv edirlər", – deyə ekoloq əlavə edib.

Xəbər lenti
0