BAKI, 10 oktyabr — Sputnik. Gələn ayda 3 gün iş olmayacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq. Həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək. Noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.
Lakin noyabrın 12-si (Konstitusiya Günü) isə rəsmi iş günüdür.