Azərbaycan Milli Məclisi keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.
Bununla bağlı Sputnik Azərbaycan-a danışan millət vəkili Aydın Mirzəzadə deyir ki, Əli Əsədovu uzun müddətdir tanıyır:
“O, həm deputatlıq, həm də prezidentin köməkçisi kimi fəaliyyət göstərdiyi dövrdə işinə məsuliyyətlə yanaşan şəxs kimi xarakterizə olunur. Onda liderlik xüusiyətləri və strateji düşüncə var. Əli Əsədov Azərbaycanın maraqlarını gözəl bilir və onun qorunmasında prinsipiallıq göstərir. Hesab edirəm ki, Prezident İlham Əliyevin iqtisadi siyasətinin həyata keçirilməsində də səmərəli fəaliyyət göstərəcək. Parlament də onun əvvəlki xidmətlərini yüksək qiymətləndirdi və gələcək fəaliyyətinə böyük ümidlər bəsləyir”.
Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz