Ərdoğan Suriyada əməliyyat keçirmək hüququnu əsaslandırdı

© © Cem Oksuz/Presidential Press Office/Handout via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
“Adana razılaşmasına əsasən əgər Suriya lazımı addımları atmasa, onda Türkiyə hərbçiləri "terrorçuları təqib etmək" hüququna malikdirlər”

BAKI, 10 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, 1998-ci ildə imzalanan sazişə əsasən Suriya ərazisində "Sülh bulağı" əməliyyata keçirmək hüququna malikdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə prezidenti "Yeni Şafak" nəşrinə istinadən xəbər verir.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Üç ölkə lideri Ankarada Suriya məsələsini həll edə biləcəkmi - politoloq şərh edir

"Amerikanın (Suriyada – red.) hava məkanı yoxdur. Bu beynəlxalq hava məkanıdır, Suriya hava məkanıdır. Əgər o Birləşmiş Ştatlara məxsus deyilsə, ondan istifadə məsələsi də rejim tərəfindən həll olunur" - deyə Ərdoğan vurğulayıb.

O, vurğulayıb ki, Türkiyə hərbçiləri Adana sazişi çərçivəsində Suriya ərazisindədir: "Bu razılaşmaya əsasən əgər Suriya lazımı addımları atmasa, onda Türkiyə hərbçiləri "terrorçuları təqib etmək" hüququna malikdirlər".

Bunda əlavə Ərdoğan "Sülh bulağı" əməliyyatının üç hədəfini açıqlayıb: "Türkiyənin cənub sərhədlərini terror təhlükəsizdən azad etmək, Suriyanın ərazi bütövlüyünü qorumaq və öz vətənlərindən qovulan suriyalıları doğma torpaqlarına qayıtmasını təmin etmək".

Xəbər lenti
0