Bütün dünya Türkiyəyə qarşı – Suriyadakı əməliyyat dair hansı qərarlar qəbul olunur

© AP Photo / Lefteris PitarakisТурецкий солдат стоит на границе с Сирией в Акчакале
Турецкий солдат стоит на границе с Сирией в Акчакале - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir

BAKI, 10 oktyabr — Sputnik. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsinə razılıq vermədiyini bildirib. Bu barədə Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: "Trampın ətrafı Suriya ilə bağlı tapşırıqları yerinə yetirməyib"

O, həmçinin əlavə edib ki, Türkiyəni öz təhlükəsizliyini təmin etmək haqqı var.

Pompeo Suriyada "İŞİD xilafəti"nin yenidən bərpa olunması ehtimalına dair suala da mənfi cavab verib: "Tramp xilafətin aradan qaldırılmasına dair kampaniyaya başlayıb və hədəfə nail olunub".

Bu arada ABŞ senatorları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

Bundan əlavə, təqdim olunan sənəddə Türkiyə rəhbərliyinə qarşı viza məhdudiyyətlərinin tətbiqi də nəzərdə tutulub.

Senat Türkiyəyə hərbi yardımın dayadırılmasını da istəyib.

Avropa İttifaqına daxil olan 28 ölkə də öz növbəsində Türkiyənin Suriyada başlatdığı "Sülh bulağı" əməliyyatının dərhal dayandırılmasını tələb edib. Avropa Komissiyasının rəhbəri Yan-Klod Yunker bəyan edib ki, hərbi əməliyyatlar yaxşı heç nə ilə nəticələnməyəcək.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Üç ölkə lideri Ankarada Suriya məsələsini həll edə biləcəkmi - politoloq şərh edir

BMT Baş katibi Antonio Quterreş Suriyanın şimalında baş verənlərlə bağlı öz narahatlığını ifadə edib. BMT Təhlükəsizlik Şurası bu gün regiondakı vəziyyəti müzakirə edəcək.

Ərəb ölkələri Liqası da şənbə günü təcili toplantı keçirərək Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatı müzakirə edəcək. Təcili toplantı keçirmək istəyinin Misirdən gəldiyi qeyd olunur.

Bu arada Türkiyə Silahlı Qüvvələri tərəfindən ötən gün Suriyanın şimal-şərqində başladılan "Sülh Bulağı" əməliyyatı davam edir. Əməliyyat çərçivəsində terrorçulara məxsus 181 sığınacaq məhv edilib. Hazırda türk hərbçiləri Fəratın şərqinə doğru irəliləyir.

Xəbər lenti
0