Meyvə şirələrinin reklamı qadağan olunur, səbəb xəstəlikdir

© REUTERS / Edgar SuРесторан, фото из архива
Ресторан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son illər ölkədə şəkər xəstələrinin və bu xəstəlikdən ölənlərin sayının artması ilə əlaqədar olaraq Sinqapurda şəkərli içkilər, meyvə şirələrinin reklamı qadağan ediləcək.

BAKI, 10 oktyabr — Sputnik. Sinqapurda meyvə şirələrinin reklamı qadağan edilir. Sputnik Azərbaycan-ın “Reuters”ə istinadən xəbərinə görə, son illər ölkədə şəkər xəstələrinin və bu xəstəlikdən ölənlərin sayının artması ilə əlaqədar olaraq Sinqapurda şəkərli içkilər, meyvə şirələrinin reklamı qadağan ediləcək.

“Biz sağlamlığa heç bir müsbət təsiri olmayan, əksinə fəsadları olan belə məhsulların nəinki televiziyada, eyni zamanda da onlayn mediada yayılmasının qarşısını almağı hədəfləmişik”, - deyə Sinqapur Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bundan başqa, nazirliyin məlumatında həmçinin bu cür içkilərin istehsalının azaldılması üçün istehsalçı şirkətlərə yüksək vergi tətbiq ediləcəyi də vurğulanıb.

Sinqapur hökuməti tərəfindən atılan bu addıma ilk cavab verən ”Coca-Cola” şirkətindən isə bildirilib ki, onlar bu ölkəyə idxal edəcəkləri məhsullarda şəkərin miqdarını azaldacaqlar.

Qeyd edək ki, Sinqapurdan fərqli olaraq bundan öncə Böyük Britaniya və Meksika tərəfindən nəinki şəkərli içkilər, şirələrin, eyni zamanda da çox kalorili və şəkərli qidaların da reklamı qadağan edilmişdi. Bu addımların atılmasında məqsəd isə yetişməkdə olan nəsil arasında belə məhsullara marağı azaltmaqdır.

Xəbər lenti
0