Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Süd vəziləri böyüyən pasiyent şirkətə qarşı qaldırdığı 8 milyard dollarlıq iddianı udub

© AFP 2024 / MARK RALSTON"Johnson & Johnson"un ofisi
Johnson & Johnsonun ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikanın "Johnson & Johnson" şirkətinin "Risperdal"ın antipsixotik dərmanının yan effektindən əziyyət çəkən pasiyentin iddiası təmin edilib

BAKI, 9 oktyabr — Sputnik. Filadelfiyadakı münsiflər Amerikanın "Johnson & Johnson" şirkətinin "Risperdal" antipsixotik dərmanının yan təsirləri və riskləri ilə əlaqədar müştərilərini lazımi şəkildə xəbərdar etməməsi səbəbilə şirkətə qarşı iddia qaldıran Merilend sakininə səkkiz milyard dollar təzminat ödəmək barədə qərar verib.

Таблетка, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sosial şəbəkələrdə dərman reklamı - Gözümüzü deşən təhlükə

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı "Wall Street Journal" nəşri yayıb.

Nəşrin məlumatına görə, Nikolas Mürrey öz iddiasında qeyd edib ki, uşaq yaşlarında - 2003-cü ildən 2008-ci ilə qədər şizofreniya və bipolyar pozğunluğun müalicəsi üçün "Risperdal" preparatını qəbul edib. Lakin bu preparat yan təsirlərini göstərib: onun süd vəziləri böyüməyə başlayıb. İddiaçının fikrincə, şirkət bu risklər barədə məlumatlı olub. Lakin bu barədə həmin dərmanın reseptini yazan həkimlərə məlumat verməyib.

2015-ci ildə məhkəmə münsifləri şirkətdən 1.75 milyon dollar təzminat ödəməsini tələb edən ilk hökmü çıxarıb. Lakin sonradan bu məbləğ 680 min dollara endirilib. Ancaq iddiaçı bu qərardan apellyasiya şikayəti verib və yeni qərara əsasən, səkkiz milyard alacaq.

Şirkət nümayəndələri məhkəmənin "bu əsassız hökmünü ləğv etdirmək" üçün ondan şikayət verəcəklərini söyləyiblər. Şirkət 680 min dollar ilkin təzminatın ödənilməsi ilə bağlı qərarla apellyasiya məhkəməsinin çıxardığı sonuncu qərarın "tamamilə ölçüyə gəlməz" olduğunu bəyan edib və bu hökmün ləğv olunacağına əminliyini bildirib.

Xəbər lenti
0