Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Səhv hüququ olmayan peşə sahibləri – ANAMA-nın əməliyyatından reportaj

Abunə olmaq
Sputnik Azərbaycan-ın bölgə müxbiri dünyada ən təhlükəli peşə sahiblərinin işinin nə qədər ağır olduğunu öz gözləri ilə görüb. Daha ətraflı videomuzda izləyin

ANAMA kimi tanınan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi bu günə qədər 800 mindən artıq partlamamış sursat zərərsizləşdirib. Hal-hazırda Agentliyin ən təhlükəli sahəsi olan Partlamamış Hərbi Sursatların Zərərsizləşdirilməsi qrupu Ağstafa rayonu yaxınlığında Saloğlu kəndində zərərsizləşdirmə əməliyyatlarını həyata keçirir. Qrupun əməliyyat meneceri Mədəd Məmmədov bildirib ki, Agentlik bölgəyə gələnə qədər keçən 12 il ərzində səpələnmiş hərbi sursatla təmas nəticəsində 80 nəfərədək insan həyatını itirib, daha 100 insan əlil olub.

“Biz bu ərazilərdə işə başlayandan bu rəqəm sürətlə aşağı düşməyə başlayıb. Artıq uzun müddətdir itki və xəsarət sıfıra yaxınlaşıb”, - deyə M.Məmmədəv bölüşüb.

Qeyd edək ki, Agentlik 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb.

Xəbər lenti
0