Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pambıqçılığın inkişafı aqro-biznesin formalaşmasına təkan verəcək - ekspert şərhi

© Photo : UNECMüslüm İbrahimov
Müslüm İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, texniki məhsulları istehsal edərək həm kənd təsərrüfatı, həm də sənayeni bir-biri ilə əlaqələndirmiş olacağıq
Müslüm İbrahimov: “Bu, Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan verəcək”

Tərtərdə yerləşən sort-sınaq məntəqəsində yunan texnologiyası əsasında becərilmiş pambıq sahəsində yığıma start verilib. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev fermerlərə yeni texnologiya əsasında aparılan becərmənin üstün tərəfləri barədə məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, texniki məhsulların istehsalı kənd təssərrüfatının inkişafına səbəb olacaq:

“Bu Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan verəcək. Texniki məhsulları istehsal edərək həm kənd təsərrüfatı, həm də sənayeni bir-biri ilə əlaqələndirmiş olacağıq. Sənaye üçün xammalın istehsalı bizim dünya bazarına çıxmağımız üçün imkanlar yaradacaq. Bu da özlüyündə xarici investitsiyaların cəlb olunmasına şərait yaradacaq. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi məsələlərinin həllinə də imkan verəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0