SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Oqtay Əsədov: "Ölkəmizdə əlverişli investisiya mühiti var"

CC BY-SA 3.0 / Wikipedia / Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkəmiz onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olub"

BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 9-da Milli Məclisin sədri Oqtay Əsədov İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, spiker Azərbaycanla İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyib: "Ölkəmiz onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi İsveçrə ilə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Əlaqələrimizin bugünkü səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlərin rolu böyük olub. Hər iki ölkə prezidentlərinin müxtəlif dövrlərdə qarşılıqlı səfərləri, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. İndiyədək ölkələrimiz arasında 23 sənəd imzalanıb".

"Ölkəmizdə əlverişli investisiya mühiti var. 1995-ci ildən bu günədək İsveçrə tərəfindən Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda Azərbaycanda 60 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu ölkənin "Holcim" şirkəti ölkənin daxili bazarında uğurla fəaliyyət göstərir. İsveçrənin "Stadler Rail" şirkəti ölkəmizdə qatar istehsalı və təmiri zavodunun tikintisində iştirak edir", - deyə spiker bildirib.

Под слоганом Made in Azerbaijan проходит международная продуктовая выставка Продэкспо-2019 в Москве - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Made in Azerbaijan" vs. "Made in China": Azərbaycan məhsulları Çini necə fəth edir

Sədr qeyd edib ki, ötən il Azərbaycanla İsveçrə arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib: "Cari ilin yanvar-avqust ayları ərzində bu göstərici 1 milyard 300 milyondan artıq olub. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin işə düşməsi ilə ölkəmiz həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrilib".

Görüşdə sədr vurğulayıb ki, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımızın qarşılıqlı səfərləri parlamentlər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.

Söhbətdə qeyd edilib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Biz inanırıq ki, bu münaqişə tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında öz ədalətli həllini tapacaq.

Jan-Rene Furniye ölkəmizə ilk səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını söyləyib: "İsveçrə Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Parlamentlər səviyyəsində münasibətlərin genişlənməsi ümumi məqsədlərə xidmət edir. Bu sahədə əldə edilən uğurlar xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, iqtisadi, mədəni əməkdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərir".

Qonaq İsveçrənin Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrini dəstəklədiyini qeyd edərək, ölkənin müstəqillik illərində qazandığı uğurları yüksək qiymətləndirib.

Xəbər lenti
0