Bəşəriyyəti növbəti fəlakət gözləyir: mineral gübrələr tükənir

© AFP 2024 / SEYLLOUВид на рудно-фосфатный карьер, фото из архива
Вид на рудно-фосфатный карьер, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fosfor gübrəsi yoxa çıxmaq üzrədir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın olmamasına və aclığa gətirib çıxaracaq

BAKI, 9 oktyabr — Sputnik. Yaxın gələcəkdə bəşəriyyət ciddi surətdə kənd təsərrüfatı məhsullarının istehsalında zəruri olan fosfor çatışmazlığı ilə üz-üzə qalacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu qənaətə beynəlxalq ekspert qrupu gəlib.

ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Çin ABŞ-ı müharibə ilə hədələdi: Bütün dünya üçün fəlakət olar

"Science Alert" elm nəşrinin bildirdiyinə görə, mineral gübrələrin çatışmazlığı nəticəsində aclıq yarana bilər.

Hazırda okeanlarda yuyulan mineral gübrələrdən səmərəsiz istifadə edildiyi müşahidə olunur. Son 50 ildə istifadə olunan fosfor gübrəsinin miqdarı 50 dəfə artıb və 2050-ci ilə qədər onlara tələbatın iki dəfə artacağı gözlənilir. Bu kimyəvi elementi qorumaq üçün heç bir iş görülməzsə, onun ehtiyatları tezliklə tükənəcək.

Beləliklə, hazırkı səviyyədə istehlakı davam edərsə, 80 ildən sonra mövcud fosfor ehtiyatları yoxa çıxacaq. Bu isə məhsuldarlığın tamamilə aşağı düşməsinə səbəb olacaq. Müxtəlif nəzəri modellər əsasında mühafizəkar qiymətləndirmələrə görə, bu, əslində 400 ildən sonra baş verməli idi. Amma ən pessimist proqnozlar yaxın 40 illik dövrü göstərir.

Fəlakətin qarşısını almaq üçün alimlər gübrə, yanacaq və ya qida kimi fosfatların 46 dəfə təkrar istifadə edilməsinə imkan verən qapalı dövriyyə sistemi yaratmağı təklif edirlər.

Xəbər lenti
0