CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın taleyinin iki dəfə həll olunduğu saray - Tiflisdəki müdhiş binada bir gün

© © Sputnik / Kamal AlmuradlıQafqaz Canişin sarayı və ya Vorontsov sarayı kimi tanınan bina
Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı kimi tanınan bina - Sputnik Azərbaycan
Abunə olmaq
Bolşeviklər Vorontsov sarayına daxil olaraq buradakı əşyaları, hətta mebelləri çölə çıxartmadan yerindəcə yandırıblar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Gürcüstanın paytaxtına səfər edən həmvətənlərimizin əksəriyyəti bu binanı ziyarət etmədən geri dönmürlər. Bina öz görkəmini illər ötsə də, dəyişməyib. Buranın divarları o qədər tarixi hadisəyə şahidlik edib ki, yazmağa bir kitab yetməz. Söhbət Şota Rustaveli küçəsində yerləşən, Azərbaycan tarixində də önəmli yeri olan Vorontsov sarayından gedir.

Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı kimi tanınan bu möhtəşəm bina hazırda təhsil alan gənclərin sarayı kimi tanınır.

© © Sputnik / Kamal AlmuradlıAzərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir
Azərbaycanın taleyinin iki dəfə həll olunduğu saray - Tiflisdəki müdhiş binada bir gün - Sputnik Azərbaycan
Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir

Canişin sarayının tarixi isə general Pavel Sisianovdan başlayır. Çarın Qafqazdakı canişini üçün ilk iqamətgah 1802-ci ildə inşa edilib. General Sisianov Tiflisi işğal etdikdən sonra  1803-cü ildə Azərbaycana məhz buradan yola düşüb. Başqa sözlə, Gəncənin işğalı planı bu evdə hazırlanıb.

© © Sputnik / Kamal Almuradlı Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
 Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı - Sputnik Azərbaycan
1/4
Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
© © Sputnik / Kamal Almuradlı Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı
 Şota Rustaveli küçəsində yerləşən, Vorontsov sarayı - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Sonralar bina dəfələrlə restovrasiya olunsa da, rənglər və binanın planı dəyişilməz qalıb. 1917-ci ilə qədər bura Qafqaz canişinlərinin həm iqamətgahı, həm də yaşadıqları ev olub. Çarın adamları içərisində Gürcüstana əmin-amanlıq gətirən şəxs general Mixail Vorontsov olmuşdur. Əbəs yerə deyil ki, o, vəfat etdikdən sonra belə bir məsəl yaranıb: "Tanrı əl çatmazdır, çar uzaqdadır, Vorontsov isə ölüb".

© © Sputnik / Kamal Almuradlı1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının müstəqillik aktı burada imzalanıb
Azərbaycanın taleyinin iki dəfə həll olunduğu saray - Tiflisdəki müdhiş binada bir gün - Sputnik Azərbaycan
1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının müstəqillik aktı burada imzalanıb

1918-ci ildə Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının müstəqillik aktı burada imzalanıb.

Azərbaycan Milli Şurasının mayın 28-də sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib və Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" imzalanıb. Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokollarında da Qafqaz Canişin sarayı göstərilir. 1918-ci il iyunun 16-na qədər, yəni Gəncəyə köçənə kimi Azərbaycan hökumətinin üzvləri də bu binada yerləşiblər.

© © Sputnik / Kamal AlmuradlıAzərbaycan Milli Şurasının mayın 28-də sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib
Azərbaycanın taleyinin iki dəfə həll olunduğu saray - Tiflisdəki müdhiş binada bir gün - Sputnik Azərbaycan
Azərbaycan Milli Şurasının mayın 28-də sarayın ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib

Milli hökumətin süqutu günü bina ən ağır dövrünü yaşayıb. Bolşeviklər Vorontsov sarayına daxil olaraq buradakı əşyaları, hətta mebelləri çölə çıxartmadan yerindəcə yandırıblar. Buna baxmayaraq, bina öz əzəmətini yenə qoruyub saxlayıb.

Sarayın daha sonra sovetlər dövrü başlayıb. Maraqlı faktlardan biri İosif Stalinin anası Yekaterina Cuqaşvilinin 1920-ci ildən 1937-ci ilə qədər bu binada kiçik bir otaqda yaşamasıdır. Onu həmin binaya Stalinin yaxın dostu Dövlət Təhlükəsizliyi Komissarı Lavrenti Beriya yerləşdirib. Bu illər ərzində Stalin bir dəfə anasını ziyarət edib. Hal-hazırda muzeydə Stalinin anasına yazdığı yeganə məktubu da nümayiş olunur. Məktub 3 cümlədən ibarətdir: "Ana, salam. Səni təbrik edirəm. Arzulayıram ki, 10 min il yaşayasan. Sənin Soson". Deyilənə görə, "millət atası" anasının ölüm günündə belə iştirak etməyib.

© © Sputnik / Kamal AlmuradlıStalinin anasına yazdığı məktub: "Ana, salam. Səni təbrik edirəm. Arzulayıram ki, 10 min il yaşayasan. Sənin Soson"
Azərbaycanın taleyinin iki dəfə həll olunduğu saray - Tiflisdəki müdhiş binada bir gün - Sputnik Azərbaycan
Stalinin anasına yazdığı məktub: "Ana, salam. Səni təbrik edirəm. Arzulayıram ki, 10 min il yaşayasan. Sənin Soson"

Maraqlı tarixi hadisələrə şahidlik etmiş bina müasir dövrümüzdə gənclərin yaradıcılıq mərkəzi kimi tanınır. Burada müxtəlif dərnəklər fəaliyyət göstərir. Ötən il isə Gürcüstan dövlətinin qərarı ilə bina Milli Muzey statusu alıb. Burada çalışan nəzarətçinin bildirdiyinə görə, üç ölkənin müstəqilliyinə şahidlik etmiş binaya ən çox ziyarətçi Azərbaycandan gəlir. Onun dediyinə görə, xüsusi ilə azərbaycanlı gənclərin maraq göstərməsi onların tarixlərinə bağlılığının göstəricisidir.

Xəbər lenti
0