ABŞ səfiri təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb

© AR Ministry of DefenseABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş hərbi qulluqçularımızla görüşüb
ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş hərbi qulluqçularımızla görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə bildirilib ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır

BAKI, 9 oktyabr — Sputnik.  ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın "Hohenfels" təlim mərkəzində keçirilən "Saber Junction - 19" çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Ö.Litzenberq Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiyini bildirib.

© AR Ministry of DefenseABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş hərbi qulluqçularımızla görüşüb
ABŞ səfiri təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb - Sputnik Azərbaycan
ABŞ səfiri “Saber Junction - 19” təlimlərində iştirak etmiş hərbi qulluqçularımızla görüşüb

Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır. ABŞ səfiri təlimdə iştirak edən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Daha sonra polkovnik Siyavuş Mustafayev "Saber Junction - 19" çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışaraq bu kimi təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində böyük önəm daşıdığını bildirib.

Xəbər lenti
0