Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində Siyasi tədqiqatlar institutunun prezidenti, Rusiyanın tanınmış politoloqu Sergey Markov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” klubunda çıxışını şərh edib. Onun fikrincə, ölkə başçısı öz çıxışında dünya ictimaiyyətinin çox az bildiyi məqamları aydınlaşdırmağa qadir olub.
“Dağlıq Qarabağdan başqa, onun ətrafında yerləşən yeddi rayonun da Ermənistan tərəfindən zəbt edildiyi haqda, demək olar ki, heç kəs bilmir. Və İlham Əliyev öz çıxışında bu məqama da xüsusi yer ayırıb”, - deyə Markov bildirib.
Bundan başqa, rusiyalı politoloq Azərbaycan-Rusiya əlaqələrinə münasibət bildirib. O, iki ölkə arasındakı münasibətləri Bakının havasına bənzədib – isti və günəşli.
Qeyd edək ki, 2019-cu il ərzində Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Mütəxəssislərin şərhlərinə görə, bu ilin ilk altı ayı ərzində iki ölkə arasındakı əmtəə mübadiləsi 25% artıb, siyasi dialoq olduqca aktivləşib.