Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhiyyə Nazirliyi yanğında xəsarət alanlarla bağlı məlumat yayıb

Abunə olmaq
"Binə" ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub.

BAKI, 8 oktyabr - Sputnik. Səhiyyə Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub:

"Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib. Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb".

Xatırladaq ki, gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.

Yanğın saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Xəbər lenti
0