BAKI, 8 oktyabr — Sputnik. "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a səfər edəcək".
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
ABŞ Prezidenti yazıb: "Bir çox insan Türkiyənin çox önəmli bir tərəfdaşımız olduğunu unudub. Türkiyə "F-35" qırıcılarımızın polad konstruksiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatını xilas edərək, geri qayıdıblar. Mənim xahişimlə rahib Branson həbsdən azad edilib. Unutmayın, Türkiyə NATO-nun önəmli bir üzvüdür".
Qeyd edək ki, dünən Tramp öz səhifəsində Türkiyənin iqtisadiyyatını məhv edə biləcəyi ilə bağlı fərqli məlumat paylaşmışdı.