Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Dünya əhalisinin sayında ölkələrin payı

Abunə olmaq
Dünya əhalisi sürətlə artsa da, müvafiq hesabatlarda ümumi artım tempinin aşağı düşdüyü müşahidə olunur. Sputnik Azərbaycan-ın infoqrafikasında əhalisinin artım tempi aşağı düşən dövlətlərin siyahısı ardıcıllıqla təqdim olunur

BMT-nin hesabatına görə, 2019-cu ildə Yer kürəsinin əhalisi 7,7 milyard nəfərə çatıb. Bu sənəddə qeyd olunur ki, planetin əhalisi artmaqda davam edir və 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Bu əsrin sonunda dünya əhalisinin 11 milyard nəfərə çatacağı proqnozlaşdırılır.

Əhali artımı onun qocalması və doğum səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunur. BMT-nin hesabatına görə, 2050-ci ildə dünya əhalisinin 70 %-i həyat səviyyəsi aşağı olan ölkələrdə yaşayacaq. Ümumi doğuş nisbəti isə əhalinin çoxalması üçün lazım olan səviyyədən aşağı olacaq.

Məlumata görə, 2019-cu ildə dünya əhalisinin 56%-dən çoxu şəhərlərdə yaşayır. 2050-ci ildə bu rəqəm 68%-dək yüksələ bilər.

Xəbər lenti
0