BMT-nin hesabatına görə, 2019-cu ildə Yer kürəsinin əhalisi 7,7 milyard nəfərə çatıb. Bu sənəddə qeyd olunur ki, planetin əhalisi artmaqda davam edir və 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Bu əsrin sonunda dünya əhalisinin 11 milyard nəfərə çatacağı proqnozlaşdırılır.
Əhali artımı onun qocalması və doğum səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunur. BMT-nin hesabatına görə, 2050-ci ildə dünya əhalisinin 70 %-i həyat səviyyəsi aşağı olan ölkələrdə yaşayacaq. Ümumi doğuş nisbəti isə əhalinin çoxalması üçün lazım olan səviyyədən aşağı olacaq.
Məlumata görə, 2019-cu ildə dünya əhalisinin 56%-dən çoxu şəhərlərdə yaşayır. 2050-ci ildə bu rəqəm 68%-dək yüksələ bilər.