Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Öncə düzgün yıxılmağı öyrənmək lazımdır” – Azərbaycanlı skeytbordçu hobbisi haqqında

Abunə olmaq
19 yaşlı tələbə Vaqif Mirzəyev öz həyatını skeytbordinq lövhəsi olmadan təsəvvür edə bilmir. Onun müxtəlif fəndləri necə öyrəndiyini və yerinə yetirdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

İlk dəfə skeyt lövhəsini Vaqif 12 yaşındaykən həyətə çıxanda görüb. Qonşusunun əlindəki lövhə ilə maraqlanan Vaqif qonşusundan ona skeyt sürməyi öyrətməsini xahiş edib. O gündən bu günə skeyt lövhəsi onun ən yaxın dostuna çevrilib.

Amma bu onun üçün yalnız hobbi olaraq qalmayıb. Vaqif getdikcə skeytbordinqlə daha aktiv məşğul olmağa və müxtəlif fəndləri öyrənməyə başlayıb. Bəzi tryukları mükəmməlləşdirmək üçün dəfələrlə dizini-qolunu əzib, aylarını sərf edib, amma marağını yarı yolda qoymayıb.

Qaydaları hər kəsi çaş-baş salan idman növü – Bakıda “softball” həvəskarları  - Sputnik Azərbaycan
VİDEO
Qaydaları hər kəsi çaş-baş salan idman növü – Bakıda “softball” həvəskarları

“Yıxılmaq bu idman növünün bir hissəsidir. Və skeyti ələ almazdan öncə düzgün yıxılmağı öyrənmək lazımdır. Ümumiyyətlə, burada ən vacib məqam - bu idmanı ürəkdən sevməkdir. Belə olan halda, hər şey alınacaq”, - deyə Vaqif bizimlə bölüşüb.

Uzun müddət yalnız maraqlı hesab edilsə də, skeytbordinq artıq idman növü sayılır və hətta 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. Azərbaycanın bu idman növündə orada təmsil olunması hal-hazırda fantastik görünür. Niyə?

“Çünki bizim dəstəyə ehtiyacımız var. İş ondadır ki, bizim nə skeyt-parklarımız var, nə də ixtisaslaşmış mağazalarımız. Lövhələri, təkərcikləri, bütün aksesuarları sifariş etməli oluruq. Mən çox ümid edirəm və inanıram ki, gələcəkdə bu sahə bizdə də inkişaf edəcək və skeyterlərimizin səviyyəsi get-gedə artacaq”, - deyə 19 yaşlı skeytbordçu öz arzularını bizə danışıb.

Vaqif skeytinqin Olimpiya idmanına çevrilməsinə birmənalı yanaşmır. Bir tərəfdən rəsmi olaraq dəstək peyda olacaq, inkişaf daha sürətlə gedəcək, digər tərəfdən isə onun fikrincə, skeytbordinq sadəcə idman deyil.  

Соревнование скейтбордистов Big Game 2019 в Баку - Sputnik Azərbaycan
Ayaqsız skeytbordçu dünya ulduzunu heyrətləndirdi - VİDEO

“Bu, idmandan da böyükdür. Skeytinqin öz fəlsəfəsi var. Bunu yalnız lövhə üzərində olanlar, skeytinqlə məşğul olanlar başa düşə bilərlər”, - Vaqif deyib.

Olimpiya Oyunlarına getmək şansı sıfır olsa da, Vaqif Azərbaycan üçün bir ilkə imza atmağa qadir olub. O, bu gün Nijni-Novqorodda start götürən və dünyada birinci dəfə keçirilən Skeytbordinq üzrə Avropa Çempionatında iştirak etməyə hazırlaşır. Vaqif bunu özü üçün artıq böyük qələbə hesab edir.

Vaqifin son qələbəsi bu ilin sentyabrında olub. O, Bakıda keçirilən “Big Game 2019” oyunlarında qələbə qazanıb. Biz isə ona Avropa Çempionatında uğurlar arzu edirik!

Xəbər lenti
0