Amerikada yaşı 160 ildən çox olan Azərbaycan xalçaları bərpaçısını gözləyir

© Sputnik / Leyla AbdullayevaXalça
Xalça - Sputnik Azərbaycan
Abunə olmaq
Süleymani xalçaların bərpası və vətənə qaytarılması üçün Azərbaycanın Los-Ancelesdəki səfirliyinə və Heydər Əliyev Fonduna müraciət etmək niyyətindədir

BAKI, 8 oktyabr — Sputnik. Amerikada çox böyük sayda Azərbaycan xalçaları var. Onlar heç kəsə lazım deyil və heç kəs də onların bərpası ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir.

Beverli Hillzdə yaşayan, Cənubi Azərbaycanda olan xalçaların bərpası ustası Sabir Süleymani hazırda ABŞ-da yaşayan azərbaycanlı jurnalist-bloger Aynur Talıbovaya müsahibəsində bu problem barədə danışıb. Bloger xalça ustası ilə müsahibəni "YouTube" sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

Süleymani xalçaların bərpaçısı olan atasının izi ilə gedərək onun sənətini davam etdirir. O, artıq uzun illərdir Amerikada yaşayır. Ona görə də hesab edir ki, bu ölkənin varlıları arasında çox sayda xalça həvəskarları var.

Süleymaninin xidmətindən ABŞ-da yalnız imkanlı amerikalılar istifadə edir. Çünki xalçaların bərpası üçün çoxlu pul lazımdır və hər adam buna baş qoşmur.

"Amerikada yaşı 160 ildən artıq olan çox sayda Azərbaycan xalçaları var. Deməli, Azərbaycandakı kimi gözəl xalçalar dünyanın başqa yerlərində toxunmur. Bu xalçaların çoxlu növü var və onları bərpa etmək çox çətindir. Azərbaycanda xalçaların bərpası ilə məşğul olanlar çoxdur, amma heç də onların hamısı düzgün bərpa edə bilmir", - Süleymani deyib.

Bərpaçının emalatxanasında, eyni zamanda mağazasında çoxlu Azərbaycan xalçaları var. O, Amerikadakı bir çox qurumlara, eləcə də Azərbaycana müraciət edib ki, kimsə həmin xalçaları bərpa etməyə və vətəninə çatdırmağa kömək etsin.

Süleymani bu məsələdə kömək üçün Azərbaycanın Los-Ancelesdəki səfirliyinə və Heydər Əliyev Fonduna müraciət etmək niyyətindədir.

Xəbər lenti
0