BAKI, 8 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Robert Koçaryan "İzmirlyan" tibb məntəqəsinə köçürülüb. Sputnik Ermənistan xəbər verir ki, sabiq prezident bu tibb müəssisəsində əməliyyat olunacaq.
Xatırladaq ki, həbsdə olan Koçaryan daha əvvəl iki dəfə "İzmirlyan" klinikasında tibbi müayinədən keçib.
Bu arada sabiq prezidentinin ofisinin rəhbəri Viktor Soqomonyan "Sputnik Ermənistan"ın əməkdaşına bildirib ki, Koçaryan hələlik əməliyyat olunmayacaq: "O, bir daha müayinədən keçiriləcək".
Koçaryanın səhhətində hansı problemin olması açıqlanmır.
Qeyd edək ki, daha əvvəl Soqomonyan bildirib ki, Ermənistanın ikinci prezidentinin səhhətində ciddi problem yoxdur və qısa müddət sonra Koçaryanın səhhəti tamamilə bərpa olunacaq.