CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan gürcüləri "Müqəddəs Sameba" gününü qeyd etdilər

© Sputnik / Shahperi AbbasovaQaxda "Müqəddəs Sameba" günü qeyd olundu
Qaxda Müqəddəs Sameba  günü qeyd olundu - Sputnik Azərbaycan
Abunə olmaq
İngiloy-Kötüklü  kənd tam orta məktəbin direktoru Masiko Babacanaşvilinin verdiyi məlumata görə, bu bayram ilk dəfə qeyd olunur

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr- Sputnik. Qax rayonunda gürcülərin kompakt yaşadığı  İngiloy-Kötüklü  kəndində "Müqəddəs Sameba" günü qeyd olunub.

İngiloy-Kötüklü kənd tam orta məktəbin direktoru Masiko Babacanaşvilinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu bayram ilk dəfə qeyd olunur: "2003-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və Gürcüstan Pravoslav Kilsəsinin patriarxı İkinci İlia burada olub. Neçə illərdir ki, bu günü gözləyirdik. Bunun üçün ölkə rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Bu hadisə Azərbaycanın nə qədər tolerant ölkə olmasının bariz nümunəsidir. Hər il 6 oktyabr kilsədə "Müqəddəs Sameba" günü qeyd olunacaq. Düşünürəm ki, bu bayram Azərbaycanla Gürcüstan arasında dostluğun möhkəmlənməsinə kömək edəcək".

© Sputnik / Shahperi AbbasovaQaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi
Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan Müqəddəs Sameba gürcü-pravoslav kilsəsi  - Sputnik Azərbaycan
1/4
Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi

2/4

3/4
Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi
© Sputnik / Shahperi AbbasovaQaxda "Müqəddəs Sameba" günü qeyd olundu
Qaxda Müqəddəs Sameba  günü qeyd olundu - Sputnik Azərbaycan
4/4
Qaxda "Müqəddəs Sameba" günü qeyd olundu
1/4
Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi
2/4
Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi
3/4
Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi
4/4
Qaxda "Müqəddəs Sameba" günü qeyd olundu

Vaxtilə həmin kənddə müəllim işləyən kənd sakini Vera Berqaşivili deyir ki, bu günü çoxdan gözləyib: "Ötən əsrin 90-cı illərindən bəri bu işlə məşğulam. Sovet dövründə məscidlər, kilsələr bağlanmışdı. Bizim bu kilsə də baxımsız vəziyyətdə idi. Azərbaycan müstəqil olandan sonra kənd sakinlərinin köməyi ilə bu kilsəni təmir etdik. O vaxtdan bu vaxta qədər kilsəyə gələn bütün nəzirləri yalnız kilsə üçün xərcləyirik. Onu qoruyub saxlamağa çalışdıq".

Mərasimdə Gürcüstan Respublikasından gələn din xadimləri, eləcə də Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Nikoloz İaşvili və digər şəxslər iştirak ediblər. 

Qeyd edək ki, Qaxın Kötüklü kəndində yerləşən və sahəsi 0.06 hektar olan "Müqəddəs Sameba" gürcü-pravoslav kilsəsi 1892-1894-cü illərdə Qafqazda Xristianlığın Bərpası İdarəsi tərəfindən maliyyələşdirilərək tikilib. Kilsə Mədəniyyət Nazirliyi tərəfindən dini-tarixi abidə kimi qorunur.

Xəbər lenti
0