Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün

© Sputnik / Nigar IskanderovaSiam əkziləri
Siam əkziləri - Sputnik Azərbaycan
Abunə olmaq
Tələbələr isə dərs müddətində meyitləri yara, onların daxili orqanlarına baxa, sonradan isə tikə bilirlər. Artıq meyit dərs prosesi üçün yararsız olduqda isə o kremasiya otağında yandırılır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. Oranı Azərbaycanın ən qəribə muzeyi adlandırmaq olar. Azərbaycan Tibb Universitetinin "Anatomiya" kafedrasına aid olan "Anatomiya muzeyi"ni insanın yaradılışından ölümünədək olan bir dövr də adlandırmaq mümkündür.

Sputnik Azərbaycan-ın əməkdaşı kafedra müdiri Vaqif Şadlinski ilə hətta bir çox tibb işçiləri üçün məqbul olmayan muzeyin tarixindən, eləcə də muzeyin fəaliyyətindən danışıb.

V.Şadlinskinin sözlərinə görə, burada 6 minədək preparat, yəni meyitlər, skeletlər, ölü döllər, yaxud da, müxtəlif bədən orqanları, hissəciklər saxlanılır. O, öncə meyityarmanın tarixi haqda məlumat verir: "Hələ qədimlərdən din xadimləri ilə elm adamları arasında meyitin yarılması mövzusunda mübahisələr yaranmışdı. Orta əsrlərdə isə Qallen adlı biri heyvanları yararaq onların bədən quruluşunu öyrənməyə başladı. Yelistaveh adlı alim isə o dövrdə gizlin şəkildə qəbiristanlıqdan meyitləri götürərək onları yarır, öyrənməyə çalışırdı. Bu meyitlərin yarılma prosesi isə diqqət çəkməmək üçün fərqli şəkildə təşkil olunurdu. Bir musiqi səsi gəlirdi, amfiteatra bənzər yerlərdə isə bu meyityarma həyata keçirilirdi. Məqsəd fikri yayındırmaq idi, kənardan baxan elə bilirdi ki, orada teatr nümayiş olunur. Ortada isə tələbələr meyitləri yarır, təcrübələri öyrənirdilər".

© Sputnik / Nigar IskanderovaBaş beyin və onurğa beyin (arxadan)
Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün - Sputnik Azərbaycan
Baş beyin və onurğa beyin (arxadan)

"Lakin 1653-cü ildə artıq din xadimləri bundan xəbər tutaraq onu tələbələri ilə birgə meydanda yandırdılar. Daha sonra isə başqa bir alim meyitlər üzərində işləmək üçün hökmdar Lüdviqdən icazə alaraq 200-dək meyiti yarır. Bu zaman isə bəli olur ki, sən demə insan və heyvan anatomiyası bir-birindən fərqli imiş", – deyə həmsöhbətimiz əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda ilk meyityarma prosesi Şamaxıda baş tutub. Böyük şairimiz Əfzələddin Xaqaninin dayısı belə bir məktəb yaradaraq tələbələri başına yığıb meyityarma ilə məşğul olub.

Söhbət əsnasında V.Şadlinski bizə muzeydəki meyitlər haqda da məlumat verir: "Buradakı meyitlər məhkəmə-tibbi ekspertizası tərəfindən müayinədən keçən və sahibsiz olanlardır. Onların adı, soyadı, hansı xəstəliklərdən dünyalarını dəyişməsi ilə bağlı bizdə məlumatlar qeyd olunur. Bundan başqa muzeydə Moskva Tibb Universitetinin filialından bizə verilən meyit qalıqlarından da istifadə edirlər. Həmin qalıqlar bizim krematoriy adlanan sobamızda yandırılır. Kənardan baxanlar isə elə düşünürlər ki, bu, digər meyit yandıran soba kimidir".

"Meyitin qalığını basdırmaq, taxta alıb tabut düzəltmək, yer almaq, dəfn üçün maşın tutmaq da xərcdir. Ona görə də, həmin dövrdə professor, anatomiya kafedrasının banisi olan Kamil Balakişiyev tərəfindən belə bir soba tikilib", - deyə o əlavə edib.

© Sputnik / Nigar IskanderovaEkiz qız - 6 aylıq
Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün - Sputnik Azərbaycan
Ekiz qız - 6 aylıq

Kafedranın "Anatomiya Muzeyi"ndən həm də tədris məqsədi ilə istifadə olunur. Meyitlərdən götürülən müxtəlif bədən üzvləri, kiçik ölçülü döllər isə formalinli maddədə, bankalarda saxlanılır. Yumşaq qalması üçün meyitlərin saxlanıldığı həmin mayeyə qliserin də əlavə olunur. Keçmişdə isə meyitlər duzda, daha sonra isə spirtdə saxlanılırmış.

Bu muzey tələbəyə dölün ürəyini, mədə-bağırsağını və aylar üzrə inkişafını izləməyə imkan verir. Döllərlə yanaşı burada insan bədəninin müxtəlif üzvləri, orqanları da var.

Muzeyi gəzərək 10-11-ci əsrlərə aid kəllələr, siam əkizləri, hamiləliyin 2-ci həftəliyindən son həftəsinədək xaric edilən dölləri, doğulduqdan bir neçə saat, yaxud da bir neçə gün sonra tələf olan körpə bədənləri, eyni zamanda da yaşın müxtəlif dövrlərinə aid meyitləri də görmək mümkündür. Həmsöhbətimiz deyir ki, bu qədimi kəllələr onlara Tarix Muzeyindən hədiyyə edilib.

Bu nümunələr arasında həmçinin V.Şadlinskinin özünün də arxeoloji qazıntılarda iştirak edərək əldə etdiyi skeletlər, kəllələr də saxlanılır. O deyir ki, arxeoloji qazıntılar zamanı aşkarladıqları qəbirlərdə toppuz, qılınc, mal-qara skeletləri də aşkarlayıblar.

© Sputnik / Nigar IskanderovaTəkgözlülük
Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün - Sputnik Azərbaycan
Təkgözlülük

Həmsöhbətimizin sözlərinə görə, bu kəllələrin ölçülərinə görə hansı millətə məxsusluğu müəyyən edilir. Məsələn, bu ölçülərə əsasən bəlli olub ki, arxeoloji qazıntılardan əldə edilən kəllələrdən biri ərəb əsilli şəxsə məxsus olub.

Söhbət əsnasında bu maraqlı muzeyin tarixi haqda da məlumat alırıq. V.Şadlinski deyir ki, 1948-ci ildən haqqında bəhs etdiyimiz bu muzeyin tikintisinə başlanılıb. 1954-cü ildən isə burada artıq ilk dərslər keçirilib.

Bir neçə hissədən ibarət olan muzeyin "Sinir sistemi" adlanan şöbəsində beyinin müxtəlif hissələrdə kəsiklərini görmək mümkündür. Müxtəlif səviyyələrdə olan bu kəsikləri görmək isə tələbələrə bütün törəmələrlə tanış olmaq imkanını verir.

Burada həmçinin masserasiya olunmuş, yəni yumşaq toxuması çıxmış skeletlərə də rast gəldik: "Müxtəlif yaş dövrlərinə aid bu skeletlərə baxmaqla inkişaf prosesini izləmək mümkündür. Biz bilirik ki, 14-16 yaşadək çanaq sümüyü ayrı-ayrı olur. Amma gördüyümüz skeletdə çanaq sümüyünün bitişikliyi bizə onun yetkin yaşda olmasını deməyə əsas verir".

© Sputnik / Nigar IskanderovaBaş və boynun damar və sinirləri
Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün - Sputnik Azərbaycan
Baş və boynun damar və sinirləri

Elə skelet var ki, onların üzərində dişlərini də görmək mümkün idi. Lakin bu skeletlərin çənə hissəsinə süni olaraq qoyulan dişlər də var.

Bundan başqa muzeydə süni materiallardan hazırlanan müxtəlif mulyajlara da rast gəlmək mümkündür. Bu mulyajların böyük ölçüdə hazırlanmasında məqsəd tələbələrə müxtəlif hissəciklər haqda daha aydın məlumat vermək, onlarda təsvir yaratmaqdır.

V.Şadlinski deyir ki, vərəm və xərçəng xəstəsi olmuş insanların meyitləri muzeyə adətən qəbul olunmur: "Bu cür nümunələri tələbəyə vermək olmaz. Ola bilər ki, o meyit tam dərmanlanmayıb, müayinə olunmayıb".

"Biz meyiti alan kimi onun qan damarlarını dondururuq. Daha sonra isə bu meyitləri xüsusi hovuzlarda saxlayırıq ki, dərs prosesində istifadə edilsin", - deyə o əlavə edib.

Daxili orqanların saxlanıldığı muzey də fərqliliyi ilə seçilirdi. Burada insan bədənindən xaric edilən bütün orqan nümunələrini görmək mümkündür.

V.Şadlinski deyir ki, kafedrada birinin dəyəri 150 min dollar olan iki planşet var ki, bu vasitələr də tələbələrə insan bədəninə aid istənilən məlumatla tanış olmaq imkanı verir.

Eybəcərliklər muzeyində isə siam əkizlərini, baş-beyni inkişaf etməyən ölü doğulmuşları, beyin yırtığı olan müxtəlif nümunələri görmək mümkündür. Burada həmçinin təpəgözlər də var.

Muzeyin bu şöbəsindəki bir guşə fərqliliyi ilə seçilir. Azərbaycanda bu kafedra açılanda ilk preparat hazırlayanlardan biri olan alim, xərçəng xəstəliyindən dünyasını dəyişən İvan Marinoviski vəsiyyət edir ki, o öləndən sonra onda aşkarlanan şiş nümunəsi bu muzeyə verilsin.

Tələbələr isə dərs müddətində meyitləri yara, onların daxili orqanlarına baxa, sonradan isə tikə bilirlər. Artıq meyit dərs prosesi üçün yararsız olduqda isə o kremasiya otağında yandırılır.

© Sputnik / Nigar Iskanderova"Anatomiya muzeyi"
Meyitlər, ölü döllər, ana bətni - Bakıdakı ən dəhşətli muzeydə bir gün - Sputnik Azərbaycan
"Anatomiya muzeyi"

Həmsöhbətimizin sözlərinə görə, ümumiyyətlə son zamanlar sahiblərindən meyit almaq çox çətinləşib: "Meyiti yandırırlar, amma bizə vermirlər. O səbəbdən biz il ərzində cəmi 2-3 meyit ala bilirik".

Qeyd edək ki, haqqında reportaj hazırladığımız bu muzey ötən il Mədəniyyət Nazirliyi tərəfindən Muzeylər Siyahısına daxil edilib. Bu muzey preparatlarının sayı və ərazisinə görə dünyadakı anatomiya muzeyləri arasında ən öndə gedənlərdən biri hesab edilir.

Xəbər lenti
0