BAKI, 7 oktyabr — Sputnik. Bakıda 5 nəfər evə basqın edərək, oğurluq edib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yaşayan Ə.Bayramova Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət edərək, oktyabrın 5-də saat 4 radələrində evinə 5 nəfərin daxil olaraq, ona fiziki zor tətbiq etdiyini və evdən 400 manat və mobil telefon aparmalarını bildirib.
Bakı ŞBPİ və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılılıb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.