BAKI, 7 oktyabr - Sputnik. Masallıda at sahibinə hücum edib.
"Report" xəbər verir ki, hadisə Bədəlan kəndində baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Nazim Sədaqət oğlu sahibi olduğu atın hücumuna məruz qalıb. Nəticədə o, xəsarət alıb.
Yaralı əvvəlcə Masallı Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və müayinə edilib. Ona çənə sümüyünün sınığı və üzün sıyrılmış yaraları diaqnozu qoyulub.