BMT bu şəxslərə vətəndaşlıq verilməsini istəyir

© v-geneveBMT - Cenevrə
BMT - Cenevrə - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vətəndaşsızlığın aradan qaldırılması sahəsində aparılan mübarizəni əngəlləyən risklər barədə xəbərdarlıq edib

BAKI, 6 oktyabr - Sputnik. Bütün dünyada milyonlarla insanın öz hüquqlarından məhrum edilməsinin əsas səbəbi olan vətəndaşsızlıq hallarına qarşı mübarizədə son dövrdə əldə edilmiş irəliləyişlər, millətçiliyin zərərli formalarının artması səbəbindən təhlükə altındadır. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi xəbərdarlıq edib. Sputnik Azərbaycan bu barədə BMT QAK-a istinadən xəbər verir.

Vətəndaşsızlıq hallarına qarşı tədbirlər görən ölkələrin sayının artması o deməkdir ki, beynəlxalq birlik vətəndaşsızlıq hallarının kökünün həmişəlik kəsilməsinə yönələn səylərində həlledici məqama yaxınlaşmaqdadır. Bunu Cenevrədə BMT QAK-ın İcraiyyə Komitəsinin illik iclasının açılışı ərəfəsində Qrandi qeyd edib.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
BMT İranın nüvə proqramı məsələsinə təsir edə bilərmi - politoloq şərhi

"Hələ beş il bundan öncə ictimaiyyətin vətəndaşsızlıq və onun zərərli nəticələri barədə bilgiləri çox az idi. Vəziyyət dəyişir və vətəndaşsızlıq hallarına son qoyulması perspektivi heç vaxt bugünkü qədər yaxın olmayıb. Amma hələ bu məsələdə inkişafın təmin edilməsindən danışmaq tezdir: millətçiliyin zərərli formaları və qaçqınlar, eləcə də miqrantlar əleyhinə münasibətlərə manipulyasiya edilməsi beynəlxalq səviyyədə cərəyan edən, inkişafın qarşısını alan güclü amillərdir. Myanmalı rohincalar və Hindistanın Assam ştatında vətəndaşsızlıq riski altında olan azlıq qrupları da daxil olmaqla bütün dünyada vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan milyonlarla insanın təcili həll yoluna ehtiyacı var. Bunu etməsək, onların cəmiyyətdən təcrid olunmasının dərinləşməsi riski ilə üzləşəcəyik. Məhz buna görə səylərin ikiqat gücləndirilməsinə ciddi ehtiyac yaranıb" - Qrandi deyib. 

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK 2014-cü ildə 2024-cü ilədək vətəndaşsızlıq hallarına son qoymaq məqsədilə "#IBelong" (Mən Aidəm) kampaniyasına başlayıb. O vaxtdan bəri 15-ə yaxın ölkə vətəndaşsızlıq barəsindəki iki əsas müqaviləyə – Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyasına və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyasına qoşulub. Bu həftə əlavə qoşulmaların olacağı və digər öhdəliklərin götürüləcəyi gözlənilir ki, bununla da bu müqavilələrdən birincisinə – Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyasına qoşulan ölkələrin sayı tezliklə əlamətdar həddi – 100-ü keçə bilər.

Kampaniyanın ilk beş ili ərzində müxtəlif ölkələrdə, o cümlədən Qırğızıstan və Keniya, Tacikistan və Tailand kimi fərqli yerlərdə hazırda 220 mindən artıq vətəndaşlığı olmayan şəxs vətəndaşlıq əldə edib. Bu ilin iyulunda Qırğızıstan dünyada ilk ölkə olaraq, bütün məlum vətəndaşsızlıq hallarının tam həll olunduğunu elan edib.

Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - Sputnik Azərbaycan
QARABAĞ
Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bundan əlavə, kampaniyanın başlanmasından bəri iki ölkə – Madaqaskar və Syerra-Leone vətəndaşlıq haqqında qanunlarında islahatlar apararaq anaların, öz vətəndaşlıqlarını uşaqlarına atalarla bərabər əsasda ötürməsinə icazə verib. Bununla belə, dünyanın iyirmi beş ölkəsində qadınların kişilərlə bərabər əsasda vətəndaşlıqlarını uşaqlarına ötürməsi hələ də çətin və ya qeyri-mümkündür ki, bu da dünyada vətəndaşsızlıq hallarının başlıca səbəblərindən biridir. Heç bir uşağın vətəndaşlığı olmayan şəxs kimi doğulmasına imkan verən təminatlar vətəndaşlıq haqqında qanunlar bütün yerli qanunvericilikdə əks olunmadığına görə vətəndaşsızlıq nəsildən nəsilə ötürülə bilir.

Bu gün mediada, insan hüquqları sahəsində, qaçqınlar və vətəndaşlığı olmayan şəxslərlə əlaqədar sahələrdə çalışan aparıcı simalar Cenevrədə BMT QAK-ın İcraiyyə Komitəsinin xüsusi sessiyası çərçivəsində Vətəndaşsızlıq məsələləri üzrə yüksək səviyyəli toplantıda kampaniyanın müddətinin ortaya çatdığı dövrün yekunlarını müzakirə edəcək və 2024-cü ilədək vətəndaşsızlıq hallarına son qoyulması üçün əlavə addımlar atmaq öhdəliyini götürəcək üzv dövlətlərin nümayəndələrinə qoşulacaqlar.

İştirakçılar arasında BMT Baş katibinin müavini Əminə Məhəmməd, BMT QAK-ın Xoşməramlı səfiri Keyt Blanşett, britaniyalı telejurnalist və aparıcı Anita Rani, keçmişdə vətəndaşlığı olmayan qaçqın olmuş aktivist Maha Mamo, ATƏT-in Milli azlıqlar üzrə Ali Komissarı Lamberto Zanyer olacaqlar.

Xəbər lenti
0