Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda problemli kreditlərin həcmi niyə artır - professor danışır

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov deyir ki, kreditlərin həcmində artım tendensiyası 2019-cu ilin iyulundan başlayıb
Elnur Sadıqov: “Kreditlərin qaytarılmaması əvvəlki kredit borcları ilə əlaqəlidir”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 491,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, problemli kreditlərin həcmində artım tendensiyası 2019-cu ilin iyulundan başlayıb:

“Bu müddətdə götürülmüş kreditlərin qaytarılmaması əvvəlki illərdəki kredit borcları ilə əlaqəlidir. Bu həm məbləğ, həm də qoyulmuş girovların reallaşdırıla bilməməsi ilə bağlıdır. Növbəti dövrlərdə maliyyə problemlərinin həlli ilə bağlı atılacaq addımların bu problemi həll edəcəyinə inanıram”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0