CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Goranboyda maraqlı təbiət hadisəsi, heç kim başa düşmür - FOTO

© Sputnik / Ilham MustafayevGoranboy sakininin həyətində maraqlı hadisə baş verib
Goranboy sakininin həyətində maraqlı hadisə baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələ ilə bağlı suallarımızı cavablandıran bioloq Səlminə Yusibova bunun təbiətdə baş verən anormal dəyişiklik olduğunu bildirib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr - Sputnik. Goranboy rayonunda qəribə təbiət hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Qızılhacılı qəsəbə sakini Sehran Qurbanovun həyətində açmaqda olan qızılgül butasının içindən başqa bir gül çıxıb. Gül həvəskarı olan ev sahibi belə bir hadisəylə ilk dəfə qarşılaşdırğnı bildirib. 

© Sputnik / Ilham MustafayevGoranboy sakininin həyətində maraqlı hadisə baş verib
Goranboyda maraqlı təbiət hadisəsi, heç kim başa düşmür - FOTO - Sputnik Azərbaycan
Goranboy sakininin həyətində maraqlı hadisə baş verib

“Bu gülü 3 il əvvəl Qubada yaşayan qohumlarımın həyətindən gətirmişəm. Ötən il çəhrayı gül açmışdı, bu il qırmızı qönçə kimi açdı, sonradan isə açmağı dayanaraq içindən başqa bir gül çıxmağa başladı”.

Ev sahibi gülü gətirdiyi qohumları ilə əlaqə saxlasa da, onlar belə bir halla qarşılaşmadıqlarını deyiblər. 

© Sputnik / Ilham MustafayevGoranboyda maraqlı təbiət hadisəsi olub
Goranboyda maraqlı təbiət hadisəsi, heç kim başa düşmür - FOTO - Sputnik Azərbaycan
Goranboyda maraqlı təbiət hadisəsi olub

Məsələ ilə bağlı suallarımızı cavablandıran bioloq Səlminə Yusibova bunun təbiətdə baş verən anormal dəyişiklik olduğunu bildirib. Onun sözlərinə görə, insan müdaxiləsi ilə yaranan növlərdə bu daha çox baş verir. 

© Sputnik / Ilham MustafayevGoranboy sakininin həyətində maraqlı hadisə baş verib
Goranboyda maraqlı təbiət hadisəsi, heç kim başa düşmür - FOTO - Sputnik Azərbaycan
Goranboy sakininin həyətində maraqlı hadisə baş verib

“Təbiətdə təbii halda yalnız bir qızılgül var ki, o da itburnudur. Qalan bütün qızılgül növləri insan müdaxiləsilə yaranıb. Bu səbəbdən müdaxilə olunmuş bitkilərdə belə halların rast gəlmək mümkündür. Bu hal əsasən bitkinin yaz vaxtı aldığı istinin, suyun, mineralların təsirilə baş verən təbii sıçrayışdır” - Yusibova bildirib.

Xəbər lenti
0