Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Biləsuvarda yol qəzası olub, ölən var

© pixabay / NettoFigueiredoQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyranbatan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Mirzə Əlövsət oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil arxadan "KamAZ" markalı yük avtomobilinə çırpılıb

BAKI, 6 oktyabr - Sputnik. Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 85-ci kilometrliyində, Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu Ceyranbatan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Mirzə Əlövsət oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil arxadan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə M.Mirzəyev ağır xəsarət alıb. "Ford Tranzit"in sürücüsü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0