Azər Həsrət: ““Facebook”la bağlı da eyni addımın atılması mümkündür”
Türkiyənin Şəxsi məlumatların müdafiəsi İdarəsi “Facebook” sosial şəbəkəsini istifadəçilər haqqında məxfiliyi pozduğuna görə 1,6 milyon lirə (təxminən, 282 min dollar) məbləğində cərimələyib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, sosial şəbəkələrin müxtəlif ölkələr tərəfindən cərimələnməsi mümkündür:
“Belə hallar Avropa Birliyinin təcrübəsində də var. Türkiyə əvvəllər bir neçə sosial media platformasını cəzalandırıb. Həmin şəbəkələrin ölkə ərazisində fəaliyyəti əngəllənib. “Facebook”la bağlı da eyni addımın atılması mümkündür. Türkiyənin tətbiq etdiyi cərimənin ödənməsi üçün də imkanlar var”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz