BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xalq artisti Ofelya Sənani ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirliyə xəstəxanadan verilən məlumata görə, hazırda reanimasiya şöbəsində müalicə alan Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.