CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lotu Quli qaçdı

© Photo : SabahLotu Quli
Lotu Quli - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrda xəbər verilirdi ki, qanuni oğruları Səlifovu oğru titulundan məhrum etmək üçün "məclis" çağırmaq istəyirlər

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın əsas kriminal avtoritetlərindən sayılan Nadir Səlifov (Lotu Quli) yaşayış yerini dəyişərək Türkiyədən Qətərə köçüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya mətbuatı kriminal aləmdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrə açıqlama verən mənbənin sözlərinə görə, Quli xüsusi xidmətlərin sayəsində Qətərdə yaşamaq hüququ əldə edib və onların mühafizəsi altında yaşayacaq. Qəfil gedişin səbəbi kimi, oğru aləminin Səlifova veriləsi suallarının çoxalması göstərilir. Xüsusən Lotu Qulinin sosial şəbəkələrdə öz həyat tərzini reklam eləməsi kriminal dairələrin xoşuna gəlmir.

Lotu Qulinin adamları cinayət başında yaxalanıblar - Sputnik Azərbaycan
HADİSƏ
"Lotu Quli"nin adamları cinayət başında yaxalanıblar - VİDEO

Kriminal avtoritetlər bir neçə dəfədir ki, Səlifovu "sxodka"ya çağırırlar, ancaq o, telefon nömrələri və yaşayış ünvanlarını dəyişərək görüşdən qaçır.

Sentyabrda xəbər verilirdi ki, qanuni oğrular Səlifovu oğru titulundan məhrum etmək üçün "məclis" çağırmaq istəyirlər. Buna səbəb onun Arman Cumangəldiyevlə (Vəhşi Arman) əməkdaşlığı olub. Oğruların zənnincə, Cumangəldiyev Qazaxıstanın xüsusi xidmət orqanlarına işləyir.

Bundan başqa, Rusiyanın kriminal aləminin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) xələfi hesab edilən Badri Koquaşvili Səlifova avqustun 26-da Türkiyədə baş verən hadisəyə görə müharibə elan edib. Həmin vaxt Quli ilə görüşdə 35 yaşlı qanuni oğru Quram Çixladze döyülmüşdü.

Xəbər lenti
0