İraqda 100-ə yaxın adam öldü, 2 min yaralı var

© REUTERS / KHALID AL-MOUSILYİraqda etirazlar zamanı 100-ə yaxın adam ölüb
İraqda etirazlar zamanı 100-ə yaxın adam ölüb - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar həbs təhlükəsinə görə dövlət xəstəxanalarına aparılmırlar, ona görə də ölənlərin sayının artacağı gözlənilir

BAKI, 5 oktyabr — Sputnik. İraqda davam edən hökumətə qarşı etiraz aksiyaları nəticəsində ölənlərin sayı 100-ə çatıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, adının açıqlanmasını istəməyən İraqın Səhiyyə Nazirliyinin bir rəsmisi paytaxt Bağdad başda olmaqla bir çox vilayətdə keçirilən etiraz aksiyalarında ölənlərin sayının 100-ə çatdığını, yaralananların isə 2 minə yaxınlaşdığını bildirib.

Вид на Вавилон со стороны бывшего летнего дворца Саддама Хусейна. Фото ВМС США - Sputnik Azərbaycan
Bakıda qəbul edilmiş qərarı İraq "gecikmiş" adlandırdı

Yaralılar həbs təhlükəsinə görə dövlət xəstəxanalarına aparılmırlar, ona görə də ölənlərin sayının artacağı gözlənilir. Ölənlər arasında təhlükəsizlik qüvvələrinin nümayəndələri də var.

Baş nazirin istefasını tələb edən etirazçılara polislər sərt müdaxilə edirlər.

Nümayişçilər hökumət qüvvələrini həqiqi güllələrdən istifadə etməkdə günahlandırırlar. Hökumət qüvvələri isə iddia edirlər ki, naməlum snayperlər həm nümayişçiləri, həm də təhlükəsizlik qüvvələrini hədəf alıblar.

Qeyd edək ki, İraqda oktyabrın 1-də yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə nümayişlər başlayıb. Nümayişlərlə əlaqədar İranla sərhəddəki keçid məntəqələri bağlanıb.

Xəbər lenti
0