İrana qarşı yeni ittiham: Rusiya ilə eyni "günahı" işləyib

© AP Photo / Vahid SalemiОбщий вид на центр города Тегеран, Иран
Общий вид на центр города Тегеран, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu yaxınlarda biz İrandan gəldiyi və İran hökuməti ilə əlaqəli olduğuna inandığımız "Fosfor" adlandırdığımız təhlükəli haker qrupuna aid əhəmiyyətli kiber fəaliyyətlər müşahidə etdik"

BAKI, 5 oktyabr — Sputnik. ABŞ-ın texnologiya nəhəngi "Microsoft" İranı ittiham edib.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, şirkət İrandan idarəolunan haker hücumları ilə bağlı açıqlama verib.

Telefonda Whatsapp tətbiqi - Sputnik Azərbaycan
Bu yolla bütün "Whatsapp" mesajları ələ keçirilir

Açıqlamada deyilir ki, İrandan idarəolunan minlərlə haker hücumları 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəlib: "Bu yaxınlarda biz İrandan gəldiyi və İran hökuməti ilə əlaqəli olduğuna inandığımız "Fosfor" adlandırdığımız təhlükəli haker qrupuna aid əhəmiyyətli kiber fəaliyyətlər müşahidə etdik".

Məlumata görə, bu ilin avqust-sentyabr aylarında "Fosfor" haker qrupu "Microsoft" istifadəçilərinin e-poçt hesablarını müəyyən etmək üçün 2 min 700-dən çox cəhd edib, 241 e-poçt hesabına isə hücum edib.

Şirkət bildirir ki, haker hücumlarında hədəf hesablar ABŞ Prezidentinin təbliğat-təşviqat kampaniyası, ABŞ-ın indiki və keçmiş hökumət rəsmiləri, qlobal siyasətlə maraqlanan jurnalistlər və İrandan kənarda yaşayan iranlılarla əlaqəli olub.

"Dövlət hücumlarına və demokratik prosesləri pozmaq səylərinə dair getdikcə şəffaf olduğumuzu göstərməyimiz üçün bu məlumatları paylaşırıq. Bu məsələdə daha ayıq davranılmalı və təhlükəsizlik üçün lazımi addımlar atılmalıdır", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə iddiaları uzun müddət ölkənin gündəmini zəbt etmiş və bu məsələ Donald Tramp hökuməti ilə demokratlar arasında qızğın müzakirələrə səbəb olmuşdu.

Xəbər lenti
0