CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yarım milyarda satın aldığımız can: bircə qərar hər şeyi dəyişə bilər

CC0 / StockSnap / PillsHəblər, arxiv şəkli
Həblər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi məlumatlara əsasən, Azərbaycanda il ərzində təxminən 400-500 milyon manat dəyərində dərman məhsulları istehlak olunur. Qeyri-rəsmi məlumatlara görə isə ölkəyə gətirilən dərmanın dəyəri 1,5 milyard manata çatır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Milli Məclisin deputatı tibb sahəsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin Səhiyyə komitəsinin iclasında çıxış edən deputat, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov bu məsələyə baxılacağına ümid etdiyini deyib.

Alimlərdən xəbərdarlıq: qənaət etməklə xəstələnə bilərsiniz>>

Ekspertlər deputatın tibb sahəsinin ƏDV-dən azad edilməsi təklifinə münasibət bildiriblər.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasıda tibb sahəsinin ƏDV-dən azad edilməsinə ehtiyacın olduğunu deyib:

"Azərbaycanda tibb xidmətləri 2 istiqamətdən (dövlət və qeyri-dövlət sektoru) təklif olunur. Birinci istiqamət müəyyən qədər dövlət tərəfindən maliyyələşdirilir. Qeyri-dövlət sektorunda isə xidmətin keyfiyyəti nisbətən daha yüksəkdir, amma qiymətlər vətəndaşlar üçün əlçatan deyil. Ona görə də vətəndaşların bir qismi xaricə üz tutur. Bəzilərini isə İran və bu kimi ölkələrdə tibb xidmətlərinin daha aşağı qiymət ilə təklif olunması cəlb edir. Bu da nəticədə ölkədən valyuta axınına gətirib çıxardır, eyni zamanda, səhiyyə xidmətlərinin əlçatanlığını aşağı salır".

"Tibb sahəsi ƏDV-dən azad edilərsə, bu, qiymətlərin aşağı düşməsinə gətirib çıxarda bilər. Bu isə öz növbəsində xüsusilə də qeyri-dövlət sektorunda səhiyyə xidmətlərinin keyfiyyətinin daha da artmasına, bu sahəyə investisiya qoyuluşlarının artmasına, qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, sağlamlıq ölkə üçün strateji istiqamətdir. Dövlət bütün alətlərdən istifadə edərək bu sahədə keyfiyyətin artmasına, əlçatanlığın təmin edilməsinə şərait yaratmalıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, burada dərman məhsulları ilə bağlı da qərarın qəbul edilməsinə zərurət var: "Çünki rəsmi məlumatlara əsasən, Azərbaycanda il ərzində təxminən 400-500 milyon manat dəyərində dərman məhsulları istehlak olunur. Qeyri-rəsmi məlumatlara görə isə ölkəyə gətirilən dərmanın dəyəri 1,5 milyard manata çatır. Biz idxaldan əhəmiyyətli səviyyədə asılıyıq. Bu isə Azərbaycanda dərman bazarının xaricdəki vəziyyətə həssas olmasına gətirib çıxardır. Eyni zamanda idxalda ƏDV-nin olması və s. nəticədə məhsulların daha baha qiymətə təklif olunmasına gətirib çıxarır".

Медосмотр школьника, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlik Azərbaycan gəncləri arasında sorğu keçirib və qorxunc perspektiv aşkarlayıb

"Tibb sahəsi ƏDV-dən azad edilərsə, bu, hər iki istiqaməti əhatə etməlidir. Çünki nəzərə almaq lazımdır ki, dərmanı istehlak edən tərəflərdən biri də məhz tibb müəssisələridir", - deyə ekspert qeyd edib.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a açıqlamasında deputatın təklifini müsbət qiymətləndirib: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tavan qiyməti müəyyən edilib və bundan yüksək satıla bilməz. Digər tərəfdən, ƏDV olan zaman dərmanın qiyməti bahalaşır və xaricdən gətirmək sərf etmir. Dərman bazarında qıtlığın qabağını almaq üçün bu təklif irəli sürülüb. Ümumiyyətlə, çətin tapılan dərmanlarda, ağır xəstəliklərdə istifadə olunan dərmanlarda bu məsələ diqqətə alınmalıdır".

Xəbər lenti
0