BAKI, 4 oktyabr — Sputnik. "Airbus" aviatikinti şirkəti təyyarələrin tualetləri qarşısında yaranan növbələrə qarşı yeni mübarizə üsulu tapıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN yazır.
Şirkət ayaqyoluların yanında videonəzarət kameraları quraşdırmağı təklif edib.
Bundan başqa, bu üsul stüardessalara hansısa sərnişinin ayaqoluda lazım olduğundan çox vaxt keçirdiyi barədə məlumat almağa imkan yaradacaq.
"Airbus"ın marketinq üzrə vitse-prezidenti İnqo Vuggettserin sözlərinə görə, məlumat kameraların yaddaşında uzun müddət qalmayacaq. Bununla əlaqədar olaraq, yenilik sərnişinlərin məxfiliyinə heç bir xələl gətirməyəcək, sadəcə, onların ayaqyoluya daha tez girə bilmələrinə şərait yaradacaq.
2018-ci ilin iyununda təyyarələr üçün avadanlıq istehsal edən "Zodiac Aerospace" şirkəti problemin həlli üçün başqa variant təklif etmişdi: bu, "Durinal" adlı ikiqat pissuar idi. Konsepsiyaya görə, iki pissuar bir kabinədə elə yerləşdirilməli idi ki, iki kişi eyni zamanda ayaqyoluna girə bilsin. Dizaynerlərin fikrincə, bu, gözləmə vaxtını xeyli qısaldacaqdı.