Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Onsuz aş qarasının ləzzəti olmaz – Şabalıd yığımına başlandı

Abunə olmaq
Qəbələdə şabalıd yığımı başlayıb. Bağ sahibləri çox vaxt şabalıdı yığmaq üçün peşəkarlar cəlb edirlər. Bu il Qəbələnin Həmzəlli kəndində yığımın necə keçdiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.

Son zamanlarda Qəbələnin ən böyük problemlərindən biri şabalıd ağaclarının quruyaraq məhv olma təhlükəsinin yaranması idi. Amma, Qəbələ rayon Həmzəlli kənd sakini və şabalıd bağı sahibi Rəsul Rəsulov deyir ki, son iki ildə ağaclar qurumur, bağlar “cavanlaşır” və bununla da, məhsuldarlıq artır.

Şabalıd yığımı qoz və ya fındıq yığımından olduqca fərqlənir. Qoz və fındıq ağacları sirkələndiyi halda, şabalıd mütləq çırpılmalıdır. Çox vaxt, bağ sahibləri bu işin öhdəsindən özləri gələ bilmir və peşəkarlara müraciət edirlər. Belə ki, meyvələri çırpmaq üçün peşəkar ağacın ən hündür hissəsinə dırmanmalıdır. Bundan başqa, meyvənin tikanlarından da xəsarət almaq təhlükəsi var.

Şabalıdı çırpmanın daha bir üstün cəhəti ondan ibarətdir ki, meyvə qərzəyində qalır və gələn il mart ayı üçün quyularda saxlandığı zaman qərzək tam quruyur və meyvənin çürüməsinin qarşısını alır.

Ötən il Qəbələdə 415 ton şabalıd meyvəsi yığılıb, bu il isə göstəricinin 530 tona yaxın olması gözlənilir. Qeyd edək ki, şabalıd çırpımı bu il oktyabrın 10-dək davam edəcək.

Xəbər lenti
0